“Ermənistanın qarşısında duran bütün çağırışların təhdidlərə çevrildiyini nəzərə alaraq, ölkəmizdəki birlik prosesini öz nümunəsi ilə göstərəcək və bununla da son seçkilərdən sonra birdən-birə bizdə görünən yoxsulluğun aradan qaldırılmasına zəmin yaradacaq belə bir qüvvə formalaşdırmağı lazım bildik”.Ordu.az xəbər verir ki, bunu Ermənistanın könüllülərin, “xalq qoşunu” üzvlərinin və ehtiyatda olan hərb qulluqçuların birləşdirilməsi üzrə təşəbbüs qrupunun üzvü Vardan Xaçatryan deyib.Öz növbəsində birləşmə təşəbbüs qrupunun üzvü, İrəvanın keçmiş şəhər başçısı Albert Bazeyan bildirib ki, onların qurultayı iyulun 25-də baş tutacaq.“Bizim birinci vəzifəmiz lazım gələrsə, əsgərlərimizlə çiyin-çiyinə sərhədləri qorumaq və “işğal altında olan” (azad edilən – red.) torpaqları “azad etmək” (işğal etmək – red.) olacaq. İkinci vəzifəmiz öz nümunəmizlə sağlam, milli siyasi qüvvələrin birləşərək vahid ümumerməni ittifaqı yaratmasına kömək etmək olacaq. Vilayətlərə baş çəkəcəyik, yerlərdə filiallar açacağıq və bir gün ümumerməni ittifaqı ilə birlikdə xalqı ayağa qalxmağa çağırıb mövcud hakimiyyətə itaətsizlik göstərəcəyik. Biz bu hakimiyyəti uzaqlaşmağa və hazırkı parlamenti buraxmağa məcbur edəcəyik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu Ordu.az